Gəncədə avtomobil iki piyadanı vurdu

21:21 - 3 Avqust 2021

Gəncədə avtomobil iki piyadanı vurdu

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinin qarşısında dayanan iki nəfəri - 1991-ci il təvəllüdlü Əliyev Məksudu və 1947-ci il təvəllüdlü Qocayeva Reyhanı vurub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı sürücü, 1995-ci il təvəllüdlü Əsədov Anar da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin