Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
12:36 - 25 Avqust 2022
Azərbaycanda avqustun 26-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin