"Son zəng"dən sonra 17 yaşlı gənc bıçaqlandı

23:15 - 14 İyun 2021

Ağstafada bıçaqlanma hadisəsi olub. 

Manşet.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. 

Kənd sakini 2004-cü il təvəllüdlü O.Zeynallı həmkəndlisi 2004-cü il təvəllüdlü R.Bayramlıya üç bıçaq zərbəsi vurub. 

İlkin məlumata görə, hadisəyə səbəb aralarından yaranan mübahisə olub. 

Qeyd edək ki, kənd sakinlərinin hər ikisi Muğanlı kənd orta məktəbin məzunlarıdır. 

 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin