Nazirlik Lənkərandakı yanğınla bağlı məlumat yaydı

18:10 - 3 Avqust 2021

Nazirlik Lənkərandakı yanğınla bağlı məlumat yaydı

Lənkəranda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Manset.az xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.
 
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin