Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
16:25 - 3 Avqust 2021
Qırğızıstanın sabiq Baş naziri Temir Sariyev saxlanılıb.
Manset.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Mətbuat xidməti yayıb.
Məlumata əsasən, Temir Sariyev “Kumtor” qızıl yatağı ilə bağlı başladılmış cinayət işi çərçivəsində saxlanılıb.
Qeyd olunub ki, öz səlahiyyətləri çərçivəsində “Kumtor” qızıl yatağının fəaliyyətinin ekoloji zərər məbləğini endirib və nəticədə dövlətə külli miqdarda zərər dəyib.
Bildirilir ki, dünən istintaqa təhvil verilən ölkənin sabiq Prezidenti Əsgər Akayev bütün suallara cavab verdiyini və istintaq kömək etmək istədiyini deyib.
Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, Qırğızıstanın sabiq Prezidentləri Əsgər Akayev və Qurbanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənilməsi zamanı yol verilmiş rüşvətxorluqla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin