Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
15:50 - 3 Avqust 2021
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması haqqında danışıb.
Manset.az xəbər verir ki, o, qələbənin hansı ölkə təmsilçisi üzərində qazanılmasının fərq etmədiyini bildirib:
“Çox sevinirəm ki, Olimpiya medalı qazandım. Bütün turnirlərdə medallar qazanmışdım və tək Olimpiada medalım yox idi. Hər dəfə bir problem çıxırdı ortaya. Nəhayət bu dəfə lisenziya qazandım və Tokioya gəldim. Erməni və ya digər millətdən olan idmançıya fərq qoymuram. Çünki bu, düzgün yanaşma deyil. Ermənini udanda qəhrəman olursan, uduzanda gərək xalq düşməni olasan? Buna görə də fərq qoymuram. Ən böyük uğur medaldır. Bu, atamın qələbəsidir”.
Olimpiadadakı çıxışını dəyərləndirən Hüseynov ilk görüşünün ağır keçdiyini söyləyib: “Bildiyiniz kimi, son dünya ikincisi isveçli Aleks Kessidislə qarşılaşdım. Olimpiya oyunlarının qaydalarına əsasən, 1/8 finaldan dərhal sonra 1/4 final görüşü başlayır. Döşəkdən çıxdım, 3 qarşılaşmadan sonra yenə qayıtdım. İkinci rəqibim olan qırğızıstanlı Akjol Mahmudov da zəif deyildi. Bərpa oluna bilmədim. Onun ilk görüşü yüngül idi. Tunisli idmançı ilə qarşılaşmı, vaxtından əvvəl qələbə qazanmışdı. Ona görə dünənki görüşlərim istədiyim kimi alınmadı. Bu gün səhvimi düzəltməyə çalışdım”.
O, bürünc medalın "qızıl"ın yerini vermədiyini vurğulayıb: “Əsas odur ki, komndaya medal qazandırdım. Bilirsiniz ki, güləşçilərdən çox şey gözləyirlər. "Ağır artileriya"mız öndədir. Millət necə deyirsə, xüsusi təyinatlılarımızın görüşləri hələ qarşıdadır. Hacı Əliyev, Şərif Şərifov, Turan Bayramov, Mariya Stadnikin də medal qazanmalarını gözləyəcəyik”.
Xatırladaq ki, R. Hüseynov erməni güləşçi Karapet Çalyana qalib gələrək bürünc medala sahib olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin