SON DƏQİQƏ: Kəmaləddin Heydərov məşhur generalları işdən çıxardı - YENİ TƏYİNATLAR

16:14 - 23 Avqust 2022

SON DƏQİQƏ: Kəmaləddin Heydərov məşhur generalları işdən çıxardı - YENİ TƏYİNATLAR

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişiklikləri baş tutub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov vəzifəsindən azad edilərək, FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi təyin edilib.

Əli VƏLİYEV

Manşet.az


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin