DƏHŞƏTLİ HADİSƏ: Qayınata gəlinini öldürdü

14:49 - 22 Avqust 2022

DƏHŞƏTLİ HADİSƏ: Qayınata gəlinini öldürdü

Daşkəsəndə gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

 

Manset.az xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.

Avqustun 22-si saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynatası, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq tədbirləri davam edir.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin