Baş prokrora polisi döyən deputatla bağlı Qəribə Reaksiya "Təqib və təzyiqlərin nəticəsində bu hal baş verib.."

11:41 - 3 Avqust 2021

Baş prokrora polisi döyən deputatla bağlı Qəribə Reaksiya

Milli Məclisin növbədənkənar iclası başlayıb.

 

Manset.az xəbər verir ki, iclasda deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında layihə müzakirəyə çıxarılıb.

Deputat Qüdrət Həsənquliyev çıxışında məsələni üzücü bir hadisə adlandırıb: “Həmkarımız qanunvericiliyi pozub. Eldəniz Səlimov əməlini də etiraf edərək üzr istəyib. Ancaq çıxışında onu da bildirib ki, təqib və təzyiqlərin nəticəsində bu hal baş verib. Mən Baş Prokurordan soruşmaq istəyirəm ki, bu hadisəyə qədər onun tərəfindən Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə hər hansı müraciət olunubmu, yaxud onlarda belə bir məlumat varmı? Çünki söhbət deputatın əməlinə hüquqi qiymət verilməsindən gedir. Biz ona görə məsələyə diqqətli yanaşmalıyıq”. 

***

Deputat Məlahət İbrahimqızı bildirib ki, bir neçə gündür ki, sosial şəbəkələrdə parlamentə küfr edirlər: “Ancaq parlament qısa müddətdə beynəlxalq münasibətlərdə, pandemiya dövründə və Vətən müharibəsində çox fəal çalışıb. Ona görə də əldə etdiyimiz uğurlara kölgə salmaqlarına imkan verməməliyik”.


Xəbər xətti

26 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin