Cəlilabadda "patı" satanlar saxlanıldı

11:39 - 3 Avqust 2021

Cəlilabadda

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin