“Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var” - Komissiya sədri

11:29 - 3 Avqust 2021

“Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var” - Komissiya sədri

“Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimat İntizam komissiyasında müzakirə edilib və rəy qəbul olunub”.

Manset.az-ın xəbərinə görə, bunu Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

Rəydə deyilir: “Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var və məsələ parlamentin plenar iclasına çıxarıla bilər”.

Komitə sədri bildirib ki, hər kəs qanun qarşısında bərabərdir: “Bu hadisə bizim üçün dərs olacaq”.


Xəbər xətti

26 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin