Narkotikə görə saxlanılan şəxsin şöbədə halı pisləşdi, öldü

10:09 - 3 Avqust 2021

Narkotikə görə saxlanılan şəxsin şöbədə halı pisləşdi, öldü

Siyəzən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsin polis şöbəsində halı pisləşib və yerləşdirildiyi xəstəxanada vəfat edib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Manset.az-a açıqlamasında bildirib ki, avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü Tural İsmayılovdan metamfetamin aşkar olunaraq götürülüb: "Həmin şəxs Siyəzən RPŞ-yə gətirilib. Dünən axşam saat 22 radələrində şöbədə onun halı pisləşib. Dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə aparılıb, orada vəfat edib". 

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, T. İsmayılovun narkotik vasitələrin aludəçisi olduğu bildirilir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin