İranlı nümayəndələr Füzuli və Xocavənd rayonlarında oldular

21:36 - 19 Avqust 2022

İranlı nümayəndələr Füzuli və Xocavənd rayonlarında oldular

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli Xocavənd rayonlarında olublar.

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Komando hərbi hissəsini ziyarət edən İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri burada hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar.

Nümayəndə heyəti, həmçinin hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib.

Qonaqlara 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsində hərbi birliyin keçdiyi döyüş yolu haqqında geniş brifinq təqdim edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olub.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin