Hökumət bu xərcləri ləğv etdi
24 Aprel 2024
21:23 - 19 Avqust 2022
Pentaqon ABŞ-ın Ukraynaya hərbi yardımın bir hissəsi kimi 775 milyon dollara qədər vəsait ayırmaq və HIMARS reaktiv yaylım atəş sistemləri (MLRS) üçün sursatla təmin etmək niyyətini açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi məlumat yayıb.
“Birləşmiş Ştatlar Ukraynaya əlavə 775 milyon dollarlıq hərbi yardım paketi elan edəcək”, - Pentaqonun sözçüsü bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Kiyevə 1500 tank əleyhinə “Tow” raketi, HARM antiradar raketi və 1000 ədəd “Javelin” tank əleyhinə raket kompleksi verəcək.
Qeyd olunur ki, yardım ABŞ prezidenti Co Baydenin fərmanı əsasında həyata keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin