<

Quterreş Odessaya getdi

20:59 - 19 Avqust 2022

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynaya səfəri çərçivəsində Odessaya gedib.

Manset.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Odessada yenidən taxılın gəmiyə necə yükləndiyini görmək mənim üçün çox həyəcanlıdır. Bu gəmi həm də dünyanın ən həssas insanları və ölkələri üçün ümid verir”, - Quterreş qeyd edib.

Qeyd edək ki, ötən gün BMT-nin Baş katibi Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.


Xəbər xətti

5 Oktyabr 2022