Polisi döyən deputatı 8 ilədək həbs cəzası gözləyir

09:35 - 3 Avqust 2021

Polisi döyən deputatı 8 ilədək həbs cəzası gözləyir

Bu gün Milli Məclisdə polisə qarşı zor tətbiq etdiyi üçün barəsində cinayət işi açılan deputat Eldəniz Səlimovun  toxunulmazlıq hüququnun ləğv edilməsi barədə Respublika Baş Prokurorunun müraciətinə uyğun qərar çıxarılacaq.

Manset.az Ölkə.Az-a istinadən xəbər verir ki, artıq deputat Eldəniz Səlimov barəsində Cinayət Məcəlləsinin 309.2 (səlahiyyət həddini aşaraq zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işi ilə bağlı ilkin istintaq araşdırma işləri yekunlaşdırılaraq prokurorluğa göndərilib. 

 Cinayət Məcəlləsinin 309.2. maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Onun barəsində çıxarılacaq cəza məhkəmə-istintaqı zamanı bəlli olacaq. Deputatı ən azı 2,6 aydan az azadlıqdanməhrumetmə cəzası gözləyir.


Xəbər xətti

26 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin