Rusiyadan Türkiyəyə uçan təyyarədə tüstülənmə baş verdi - FOTO

18:15 - 19 Avqust 2022

Rusiyadan Türkiyəyə uçan təyyarədə tüstülənmə baş verdi - FOTO

Rusiyanın Yekaterinburq vilayətindən Antalyaya uçan Rusiya təyyarəsində tüstülənmə olub. Hadisə “Azur Air”in təyyarəsi Türkiyə hava limanına enərkən baş verib.

Manset.az xəbər verir ki, bu barədə “Aviaincident” “Telegram” kanalında məlumat verilib.

Eniş zamanı təyyarə komandiri sərnişin salonunda (kabinində) tüstülənmə olduğunu bildirib. Eyni zamanda tualet otaqlarında tüstü detektorlarının da işə düşdüyünü qeyd edib.

Buna baxmayaraq, təyyarə uğurlu şəkildə eniş edib.

 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin