<

Məktəbli yarmarkalarına BU TARİXDƏN start veriləcək - Haralarda olacaq?

16:48 - 19 Avqust 2022

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Ona görə də valideynlər artıq alış verişə başlayıb. Bakı Şəhər İcra Hakimiyyəti valideynlərin rahatlığını və qiymətlərdə rəqabət mühitini təmin etmək məqsədi ilə paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkalarının təşkilinə başlayıb.

 

Manset.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən "bizim.media"ya bildirilib ki, ənənəvi olaraq hər il təşkil edilən yarmarkalar bu ildə fəaliyyətdə olacaq.

Artıq ictimai gediş-gəlişin çox olduğu yerlərdə, xüsusən metro çıxışlarında yarmarkaların təşkilinə başlanılıb. Həftənin sonuna kimi bütün hazırlıq işləri başa çatdırılacaq.

Yarmarkalar bir ay müddətində fəaliyyət göstərəcək. Burada məqsəd yeni tədris ili ərəfəsində orta məktəb şagirdlərinin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Yarmarkalar üçün qurulan çadırlarda məktəblilər üçün lazım olan bütün ləvazimatlar - kitab, dəftər, qələm, karandaş, çanta və digər məhsullar satılacaq. Yarmarkalar vahid mərkəzdən idarə olunacaq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək.


Xəbər xətti

5 Oktyabr 2022