Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
26 Aprel 2024
16:40 - 19 Avqust 2022
Video oyun nəhəngi “Electronic Arts” (EA) Hindistandakı “Epic Games” virtual mağazasında səhvən FIFA 23-ün (Ultimate Edition) ən çox seçilən versiyasını 4,80 rupiyə (təxminən 10 qəpik) satıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçən ay baş verən hadisədə FİFA həvəskarları, əvvəlcədən sifarişlə normal olaraq 4800 rupiyə (təxminən 102 AZN) satılmalı olan oyuna 99,98 faiz endirim elanını eşidərək virtual mağazaya axın edib.
EA səhvini etiraf edib və oyunu çox ucuz qiymətə öncədən sifariş edənlərə veriləcəyini açıqlayıb.
“FIFA 23”, EA Sports tərəfindən “FIFA” brendi altında istehsal edilən son futbol oyunu olacaq. Şirkətin növbəti futbol oyunları “EA Sports FC” brendi altında buraxılacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin