EA “FIFA 23” oyununu səhvən 10 qəpiyə SATDI

16:40 - 19 Avqust 2022

EA “FIFA 23” oyununu  səhvən 10 qəpiyə SATDI

Video oyun nəhəngi “Electronic Arts” (EA) Hindistandakı “Epic Games” virtual mağazasında səhvən FIFA 23-ün (Ultimate Edition) ən çox seçilən versiyasını 4,80 rupiyə (təxminən 10 qəpik) satıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçən ay baş verən hadisədə FİFA həvəskarları, əvvəlcədən sifarişlə normal olaraq 4800 rupiyə (təxminən 102 AZN) satılmalı olan oyuna 99,98 faiz endirim elanını eşidərək virtual mağazaya axın edib.

EA səhvini etiraf edib və oyunu çox ucuz qiymətə öncədən sifariş edənlərə veriləcəyini açıqlayıb.

“FIFA 23”, EA Sports tərəfindən “FIFA” brendi altında istehsal edilən son futbol oyunu olacaq. Şirkətin növbəti futbol oyunları “EA Sports FC” brendi altında buraxılacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin