Muxtar Babayev vətəndaşları qəbul etdi - FOTOLAR

16:32 - 19 Avqust 2022

Muxtar Babayev vətəndaşları qəbul etdi - FOTOLAR

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

Manset.az xəbər verir ki, qəbuldan əvvəl nazir və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. 

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin