Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəldi - FOTO

16:23 - 19 Avqust 2022

Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində yarımfinala yüksəldi - FOTO

Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

“Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparan Azərbaycan tankçılarının üçüncü heyəti də müsabiqənin şərtlərinə əsasən hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyən edilmiş məsafəni uğurla qət ediblər.

Ümumi nəticədə Monqolustan komandasını geridə qoyan hərbi qulluqçularımız müsabiqənin yarımfinalına yüksəliblər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin