Zelenski tərcüməçiyə əsəbiləşərək cümlələrini özü tərcümə etdi – SƏBƏB

16:15 - 19 Avqust 2022

Zelenski tərcüməçiyə əsəbiləşərək cümlələrini özü tərcümə etdi – SƏBƏB

Ukrayna prezidenti Zelenski prezident Ərdoğan və BMT-nin baş katibi Quterreşlə üçtərəfli sammitdə Ukrayna dilində danışarkən tərcüməçinin onun sözlərini ingilis dilinə düzgün tərcümə etməməsinə və qısaltmasına qəzəblənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski cümlələrini ingilis dilinə özü tərcümə edib:

“Mən imkanlar pəncərəsini qeyd etdim. Çünki həll olunmaz dedim. Hər gün Rusiyanın atəşi altındayıq. Mən isə “Slava Ukraini” (İngiliscə: Glory to Ukraine) dedim”.

Sonra tərcüməçi cəld “Glory to Ukraine” deyib.

"Çox sağ olun. Bu vacibdir" deyə açıq-aşkar qəzəbli görünən Zelenski cavab verib.
 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin