<

BMT baş katibinin keçmiş müavinindən İsveçdə Quran yandırılması ilə bağlı AÇIQLAMA

16:06 - 19 Avqust 2022

BMT baş katibinin keçmiş müavini Yan Eliasson İsveçdə Qurani-Kərimin yandırılması təxribatının qadağan edilməsini tələb edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Eliasson “Twitter” hesabından verdiyi açıqlamada Qurani-Kərimin yandırılmasının "nifrət cinayəti" olaraq cəzalandırılması və qadağan edilməsi lazım olduğunu bildirib:

“Bu açıq cinayəti qorumaq üçün milyonlarla kron xərcləməyi məntiqsiz hesab edirəm. İfadə azadlığına aid olmayan bir hərəkətin 43 milyon krona başa gəlməsi gülüncdür, polis bunun vaxtını bariz cinayətlərə həsr etməlidir”.


 


Xəbər xətti

5 Oktyabr 2022