Ərdoğan Putinlə bu məsələni müzakirə etmək istəyir

15:17 - 19 Avqust 2022

Ərdoğan Putinlə bu məsələni müzakirə etmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Zelenski ilə görüşdən sonra Rusiya lideri Vladimir Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb.

 

Manset.az Bakupost-a istinadən xəbər verir ki, Ərdoğan Putinlə Zaporojye AES barədə danışıb, konkret tədbirlər görməsini xahiş edəcək.

Türkiyə prezidenti vurğulayıb ki, Zaporojye AES məsələsi təsadüfi deyil və MAQATE stansiyadakı vəziyyəti diqqətlə izləməli, orda beynəlxalq nəzarət olmalıdır. Çünki bu stansiya bütün dünya üçün təhlükə mənbəyidir.

Qeyd edək ki, bundan öncə Rusiya tərəfi Ukraynanın Zaparojye AES-də təxribat törədəcəyini və bunda Rusiyanı ittiham edəcəyini bildirmişdi.

Bildirilir ki, burada texnogen faciə baş verərsə, Rusiya və qonşu Avropa ölkələri radiasiyaya məruz qalacaq.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin