<

Soydaşımız Lvovda baş verənlərdən danışdı - VİDEO

13:46 - 19 Avqust 2022

Ukraynada müharibə davam edir.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu ölkədə yaşayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər və idman departamentinin sədri Şəhriyar Məhərrəmov Ukraynadan son məlumatları çatdırıb.

Lvov şəhərində yaşayan soydaşımız qeyd edib ki, şəhər cəbhə bölgəsindən uzaq olduğu üçün burada müharibənin fəsadları az hiss olunur. 

Departament sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərindən danışıb.

O bildirib ki, Lvov sakinləri R.T. Ərdoğanı böyük coşqu ilə qarşılayıb.

“İnsanlar onu qarşılamaq üçün bayraqlarla yollara çıxmışdılar. Bunun əsas səbəblərindən biri də ukraynalıların Rusiya-Ukrayna münaqişəsinin həllini Türkiyədə görmələridir”, - deyə o əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Xəbər xətti

5 Oktyabr 2022