<

Tutalım, mən alıb yedim, bəs xalq, bacım-qardaşım? - Millət vəkilindən etiraz

13:30 - 19 Avqust 2022

“Çörəyin bahalaşması aztəminatlı ailələrin büdcəsinə ziyan vuracaq”.

 

Manset.az xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında millət vəkili Aqil Abbas çörəyin bahalaşması ilə danışarkən deyib.

Aqil Abbas bildirib ki, təkcə çörək deyil, bütün məhsullar bahalaşıb:

“Kənd Təsərrüfatı Nazirliyi elə etməlidir ki, taxıl istehsalı artsın. Müəyyən əkinləri azaldıb, taxıl əkinini artırmaq lazımdır. Nazirlik bu sahədə çox ciddi işlər görməlidir. Hər il taxıl əkənlərə subsidiyalar, yanacaq, gübrə verilir ki, bu sahəni inkişaf etdirsinlər. Azərbaycan hökuməti heç vaxt ölkəmizi çörəksiz qoymaz. İnsanlar bir az təşvişə düşüblər ki, birdən un qurtarar. Un niyə qurtarır? Taxıl idxalı üçün Qazaxıstan, Rusiya və digər ölkələr var. Eyni zamanda danışıqlardan sonra Ukraynadan da taxıl idxal olunur. Cənab Prezident də sdedi ki, 82% taxıl ehtiyatımız var və qalanını da alacağıq”.

Aqil Abbas bahalaşmanın ona da təsir edəcəyini deyib:

"Mən millət vəkiliyəm. Bacılarım, qardaşım, digər insanlar millət vəkilidi? Beş bacım, iki qardaşım var. Hamısı da adi insanlar kimi işləyir. Təkcə çörək deyil, un, bütün ərzaqlar, meyvə-tərəvəz, bir sözlə, hər şey bahalaşıb. Tutalım mən alıb yedim, bəs xalq, əhali, bacım, qardaşım nə etsin? Əsas yük Kənd Təsərrüfatı Nazirliyi və su təsərrüfatının üzərinə düşür. Hökumət bu məsələ barədə ciddi fikirləşməlidir”.


Xəbər xətti

5 Oktyabr 2022