Livanda bir kişi hamilə arvadını yandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o, arvadından abort etdirməsini istəyib.
Körpəsini abort etmək istəməyən 21 yaşlı Hana Mohammed Khodor ərinin istəyini rədd edib.
Bundan hiddətlənən kişi 5 ay yarımlıq hamilə arvadını qaz balonundan istifadə edərək yandırıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağırdır.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            