<

Şimali Koreya Cənubi Koreyanın yardım təklifinə cavab verdi

12:58 - 19 Avqust 2022

Şimali Koreya Cənubi Koreyanın yardım təklifini rədd edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyaya nüvə silahı proqramından əl çəkməsi müqabilində ərzaq, enerji və infrastruktur yardımı da daxil olmaqla iqtisadi yardım təklif etmişdi.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreya prezidenti Yoon Suk Yeol-un iqtisadi yardım təklifini “xəyal” və “boşboğazlıq” adlandırıb:

“Nüvə bizim ən böyük arzumuz, ümidimiz və planımızdır. Yoon Suk Yeolun nüvə bombalarımız üçün "iqtisadi əməkdaşlıq" mübadilə planı sadə və uşaqcadır. Heç kim taleyini qarğıdalı unu ilə dəyişməz. Ağızlarını bağlasalar yaxşı olar”.


Xəbər xətti

5 Oktyabr 2022