Bayraqdar Zelenski ilə görüşdü

12:50 - 19 Avqust 2022

Bayraqdar Zelenski ilə görüşdü

Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraqdar Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə H. Bayraqdar Tvitter hesabında paylaşım edib.

“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı, prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar bildirib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 18-də Ukraynada səfərdə olub.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin