Narkotik vasitələri təbliğ edən İlkinin milyonlarla izləyicisi var imiş ... - FOTOLAR

11:59 - 19 Avqust 2022

Narkotik vasitələri təbliğ edən İlkinin milyonlarla izləyicisi var imiş ... - FOTOLAR

Ötən gün sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən videolar yayan İlkin Hüseynlinin (Çərkəzoğlu) həbs edilərək məcburi müalicəyə göndərilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, üzərində narkotik vasitə də aşkarlanan müğənninin narkotik asılılığından əziyyət çəkməsi nəzərə alınaraq onun barəsində inzibati tənbeh tədbiri görülərək məcburi müalicə üçün Narkoloji Dispanserə yerləşdirilib.

O da məlum olub ki, sosial platformalarında musiqili videolarına milyonlarla baxış olan İlkin Çərkəzoğlu daha əvvəl də eyni əməllərə görə həbs edilib. Belə ki, 2019-cu ilin aprel ayında narkotiki təbliğ edən musiqili videolar yayan müğənniyə 15 sutkalıq həbs cəzası verilib.

Lakin azadlığa çıxdıqdan sonra da o, bir sıra qeyri-etik ifadələrin yer aldığı meyxanaları, eləcə də qeyri-sağlam həyat tərzini təbliğ edən mahnıları ifa edərək yaymaqda davam edib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin