<

Dəyəri 93 min olan 35 telefon oğurlandı - Bakının mərkəzində

11:36 - 19 Avqust 2022

Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-on mətbuat xidmətindən bildirilib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Xəbər xətti

5 Oktyabr 2022