SEPAH-ın Tehrandakı kazarmasında partlayış oldu - VİDEO

11:11 - 19 Avqust 2022

SEPAH-ın Tehrandakı kazarmasında partlayış oldu - VİDEO

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Tehranda yerləşən və dörd əsas təhlükəsizlik bölməsindən biri olan “İmam Hadi” kazarmasında partlayış olub.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı müxalif Xalq Mücahidləri Təşkilatına istinadla xəbər verib.

Bildirilir ki, avqustun 16-sı yerli vaxtla axşam saat 21:00 radələrində bölməyə hücum həyata keçirilib, bundan sonra partlayış baş verib.

Təşkilatdan bunun sözügedən kazarmanın hərbçilərinin dinc etirazçılara qarşı qəddar davranışlarına cavab olduğu vurğulanıb.

Qeyd edək ki, hücum məlumatı barədə İİR rəsmiləri və dövlət mediası hər hansı açıqlama verməyiblər, hadisəni təsdiq və ya təkzib etməyiblər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin