"Son sutkada Rusiyanın 10 tankı məhv edilib" - SON itkilər

10:23 - 19 Avqust 2022

"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 44 700 hərbçisi məhv edilib".

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 899 tank, 4 195 zirehli döyüş maşını, 1016 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 141 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 197 helikopter, 795 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 130 avtomobil texnikası və avtosistern, 94 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin