"Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir" - Zaxarova
19 Aprel 2024
09:55 - 19 Avqust 2022
Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.
Manset.az xəbər verir ki, Şabran rayonunda dörd gündür davam edən yanğın Siyəzənə keçib.
Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Künövşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.
Hadisə yerinə FHN-in Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən üç avtomobil və canlı qüvvə cəlb edilib.
Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin