<

Danimarka Rusiyanın təcavüzü fonunda donanmasını yeniləyəcək

23:34 - 18 Avqust 2022

Danimarka yeni hərbi gəmilərə 40 milyard Danimarka kronu (5,5 milyard dollar) sərmayə qoyur. Ölkə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dəniz təhlükəsizliyini gücləndirməyə çalışır.

Manset.az xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Morten Bodskov bildirib.

Önümüzdəki 20-25 il ərzində qoyulacaq sərmayə çərçivəsində Danimarkada yeni hərbi gəmilərin hazırlanması üçün ölkənin dəniz sənayesi ilə əməkdaşlığa başlanılıb.

“Rusiyanın Ukraynaya hücumu və Avropada yeni təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, Danimarkanın özünü müdafiə edə bilməsi hər zamankindən daha vacibdir. Burada hərbi təchizatın təhlükəsizliyi və operativliyi həlledici rol oynayır”, - Bodskov vurğulayıb.


Xəbər xətti

5 Oktyabr 2022