Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
15:27 - 18 Avqust 2022
Xalq artisti Həmidə Ömərova anası ilə bağlı etiraf edib.
Manset.az xəbər verir ki, "O üz" verilişinə qonaq olan aktrisa anasının onun ailə qurmasına qarşı olduğunu deyib:
"Anam istəmirdi mən ailə ailə həyatı qurum. Gec evlənməyimin səbəbi təkcə sənətim deyil, həm də anamdır. Deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi. Oğluna istəyirdi.
Qonşu otaqda idim. Oradan anam haqqımda dedi ki "Həmidə üçün indiyə qədər mən yemək bişirmişəm, onun üçün indiyə qədər hər şeyi mən edirəm. O aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz". Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim".
Qeyd edək ki, Həmidə Ömərovanın yeganə oğlu var. Aktrisanın 28 yaşlı övladı Rəhim bir neçə ay əvvəl Zülfiyyə adlı xanımla evlənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin