Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
18:41 - 2 Avqust 2021
Ötən gün Düsseldorf-Bakı çarter reysini həyata keçirəcək təyyarə texniki problemlə üzləşib.
Manset.az-ın Avropa bürosunun məlumatına görə, təyyarə Almaniyadan deportasiya ediləcək şəxsləri gətirirmiş.
Almaniyanın müxtəlif əyalətlərindən gecə saatlarında polis və miqrasiya idarəsi əməkdaşlarının müşayiəti ilə birbaşa Düsseldorf hava limanına gətirilən Azərbaycan Respublikasının 50-dən çox vətəndaşı koronavirus testindən sonra təyyarəyə mindirilib.
Səhər saat 06:00-da pilotun texniki qəza bildirişi ilə təyyarə havaya qalxa bilməyib.
Sərnişinlər polis və miqrasiya idarəsinin müşayiəti ilə təyyarədən endirilərək, evlərinə buraxılıblar.
Düsseldorf Hava Limanından isə bildirilib ki, texniki problemə bir quşun təyyarənin motor hissəsinə girməsi olub.
Təyyarədə Almaniyada sığınacaq istəyi rədd edilən və readmisiyya sazişi əsasında vətəndaşı olduqları ölkəyə göndərilən şəxslər olublar.
Təxirə salınan uçuşun iyunun 19-da həyata keçirilməsi gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin