<

Makronla Zelenski arasındakı söhbətin təfərrüatları məlum OLDU

23:51 - 16 Avqust 2022

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə Zaporojye atom elektrik stansiyasındakı vəziyyəti müzakirə edib, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyindən Ukraynaya mümkün qədər qısa müddətdə müşahidəçi missiyasının göndərilməsinin tərəfdarı olduğunu bildirib.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Zaporojye atom elektrik stansiyası ətrafında yaranmış vəziyyətdən danışan Makron Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun təşkilatın nümayəndələrinin ən qısa zamanda Ukraynaya göndərilməsi təklifini dəstəklədiyini bildirib və ölkə prezidentləri belə missiyanın üsulları haqqında fikir mübadiləsi aparıblar”, - Fransa liderinin administrasiyasından bildiriblər.

E.Makron Zaporojye atom elektrik stansiyasındakı vəziyyətdən narahatlığını ifadə edib və onun təhlükəsizliyinə təhdidlərin Rusiya silahlı qüvvələrinin mövcudluğu və hərəkətləri, həmçinin hərbi kontekst və davam edən münaqişələr səbəbindən yarandığını iddia edib. Bununla bağlı o, Rusiya hərbçilərinin elektrik stansiyasının ərazisindən çıxarılmasını tələb edib.


Xəbər xətti

5 Oktyabr 2022