Pakistanda avtobusla yük maşını toqquşub - Onlarla insan öldü

22:37 - 16 Avqust 2022

Pakistanda avtobusla yük maşını toqquşub - Onlarla insan öldü

Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusu ilə benzin daşıyan yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bu barədə Manset.az yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, avtobus Pəncab əyalətinin inzibati mərkəzi Lahordan Sind əyalətinin mərkəzi Kəraçiyə gedərkən Pəncabın Cəlalpur-Pirvala rayonunda magistral yolda yanacaq daşıyan yük maşını ilə toqquşub, nəticədə güclü yanğın baş verib. Hadisə zamanı avtobusun 18 sərnişini həlak olub.

Əraziyə yol polisi və xilasedicilər gəlib. Yaralılardan 8-i yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan ikisi həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Xilasedicilərin verdiyi məlumata görə, avtobusda sürücü, konduktor və 24 sərnişin olub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin