“Neftçi”nin futbolçusu əməliyyat olundu

22:25 - 16 Avqust 2022

“Neftçi”nin futbolçusu əməliyyat olundu

“Neftçi”nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.

Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, əməliyyat uğurlu olub və  28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Xatırladaq ki, Azər Salahlı UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnib. 

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin