<

FIFA Braziliya - Argentina oyunu ilə bağlı qərarını ləğv ETDİ

21:58 - 16 Avqust 2022

FIFA Braziliya və Argentina yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı əvvəlki qərarını ləğv edib.

Manset.az report-a istinadən xəbər verir ki, yarımçıq dayandırılmış görüş yenidən keçirilməyəcək.

Həmçinin, AFF 150 min İsveçrə frankı məbləğində cərimələnib. Məbləğin bir hissəsi koronavirus pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına köçürüləcək.

Qeyd edək ki, Braziliya - Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra olub. Onlar Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular 10 günlük karantinə əməl etmədən Braziliyaya daxil olublar.


Xəbər xətti

3 Oktyabr 2022