<

Azərbaycan üzgüçülükdə ilk qızıl medalını QAZANDI

20:47 - 16 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.

Manset.az xəbər verir ki, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.

O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.

Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.


Xəbər xətti

5 Oktyabr 2022