<

Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif OLUNDU

20:07 - 16 Avqust 2022

Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif OLUNDU

Finlandiyanın üçüncü ən populyar partiyası olan “Həqiqi finlər” Rusiya ilə münasibətlərin pisləşməsi səbəbindən ikili vətəndaşlıq təcrübəsinin ləğv olunmasını təklif edib.

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın çərşənbə axşamı təqdim olunan yenilənmiş proqramında deyilir.

“İkili vətəndaşlığın tam ləğvi digər parlamentarilər tərəfindən təsdiqlənməsə, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Rusiya onun üzvü deyil) üzvü olmayan ölkələrin vətəndaşlarının ikili vətəndaşlıq hüququnu məhdudlaşdırmaq yaxşı kompromis olardı”, - partiya sədri Riikka Purra bildirib. O qeyd edib ki, bu təklif Rusiyadakı hadisələrlə bağlıdır.

Finlandiya Milli Statistika Mərkəzinin məlumatına görə, 2021-ci ildə ölkədə təxminən 150 min ikili vətəndaşlıq sahibi olub, özü də onların xeyli hissəsi – təxminən 38 000 nəfər ikinci vətəndaşlıq olaraq Rusiya vətəndaşlığına malik olub.


Xəbər xətti

7 Dekabr 2022