İlham Əliyev beynəlxalq forumda iştirak etdi - YENİLƏNDİ (FOTO/VİDEO)
23 Aprel 2024
19:16 - 16 Avqust 2022
Rusiya hökumətinin nümayəndə heyətini və jurnalistləri daşıyan Tu-214 təyyarəsi Çitaya məcburi eniş edib.
Manset.az rus mətbuatına aistinadən xəbər verir ki, buna quşun təyyarənin mühərrik hissəsinə girməsi səbəb olub.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyin məlumatına görə, insident təyyarənin havaya qalxması zamanı baş verib. Bu səbəbdən mühərrik öz-özünə sönüb. Havaya qalxdıqdan sonra təyyarənin ekipajı mövcud vəziyyətlə tənzimlənən standart əməliyyat prosedurlarına əməl edərək, bir mühərriki işlək vəziyyətdə Çitadakı hava limanına enib. Hadisə ilə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyinin Şərqi Sibir Regionlararası Ərazi Administrasiyasının komissiyası yoxlama aparır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin