<

Xəstəxana yaxınlığında atışma olub - 6 nəfər yaralandı

18:23 - 16 Avqust 2022

Xəstəxana yaxınlığında atışma olub - 6 nəfər yaralandı

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində Şimali Metodist Xəstəxanası yaxınlığında baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Polisin məlumatına əsasən, avtomobildə olan naməlum şəxslər atəş açıblar. Eyni zamanda, yaralanan 3 şəxsin saxlanıldığı barədə məlumat verilib. Buna səbəb kimi onlarda oğurlanmış avtomobilin olması göstərilir.

Həkimlər yaralananların dördünün vəziyyətinin ağır olduğunu bildiriblər.


Xəbər xətti

7 Dekabr 2022