Rusiya “nüvə silahı” iddialarına son nöqtəni QOYDU

16:16 - 16 Avqust 2022

Rusiya “nüvə silahı” iddialarına son nöqtəni QOYDU

Bir müddətdir bütün dünya Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyindən narahatdır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinə ehtiyac yoxdur:

“Hərbi nöqteyi-nəzərdən hədəflərimizə çatmaq üçün Ukraynada nüvə silahından istifadə etməyə ehtiyac yoxdur. Rusiya nüvə silahlarının əsas məqsədi nüvə hücumunun qarşısını almaqdır, onların istifadəsi ictimaiyyətə açıq olan Rusiya rəhbərliyi sənədlərində təsvir olunan fövqəladə hallarla məhdudlaşır. Bütün bunların fonunda KİV-də guya Rusiyanın taktiki nüvə silahından xüsusi hərbi əməliyyat zamanı istifadə edilməsi və ya kimyəvi silahdan istifadə etməyə hazır olması ilə bağlı fərziyyələr dolaşır. Bütün bu məlumatlar tamamilə yalandır”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin