İrəvan aeroportunda bomba HƏYƏCANI

16:08 - 16 Avqust 2022

İrəvan aeroportunda bomba HƏYƏCANI

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın “Zvartnots” beynəlxalq hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan FHN-in mətbuat katibi Ayk Kostanyan bildirib.

“Çağırışa istehkamçılar və kinoloqlar qrupları yollandılar. İşlər aparılır”, - o deyib.

Daha əvvəl FHN-ə İrəvan metropoliteninin stansiyalarına partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub. Hazırda metronun işi dayandırılıb, yoxlama aparılır.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin