<

Trampın bu ölkəni ilhaq etmək planı İFŞA EDİLDİ – Dəstək veribmiş...

15:52 - 16 Avqust 2022

İsrail mediası ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2020-ci ildə İsrailin o vaxtkı baş naziri Binyamin Netanyahuya məktub göndərərək Fələstin ərazilərinin ilhaqını dəstəklədiyini iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən məktub Netanyahuya 26 yanvar 2020-ci ildə, Trampın Yaxın Şərq Sülh Planı (Əsrin Sövdələşməsi) adlanan planını elan etməsindən cəmi 2 gün əvvəl çatmışdı.

İddialara görə, Tramp məktubda sülh planına dair baxışlarının bəzi təfərrüatlarını paylaşıb:

“İsrail Əsrin müqaviləsi çərçivəsində hazırlanacaq xəritədə İordan çayının qərb sahilinə hakim ola bilər, lakin bunun üçün Netanyahu xəritədə qalan torpaqlar üzərində qurulacaq Fələstin dövlətini təsdiqləməlidir”.

Tramp Netanyahudan İordan çayının qərb sahilindəki Fələstin dövlətinin bir hissəsi olaraq təyin olunan ərazilərlə bağlı elan edilmiş siyasətləri qəbul etməsini istəyib.

İsrailin bu siyasətlərini həyata keçirəcəyi təqdirdə ABŞ-nin İordan çayının qərb sahilindəki sözügedən bölgələr üzərində İsrailin suverenliyini tanıyacağı iddia edilib.

Lakin bunlar Netanyahunun və ya Trampın ofisləri tərəfindən təsdiqlənməyib.
 


Xəbər xətti

3 Oktyabr 2022