<

Biz 26 il dağıtdıq, Bakı 20 aya cənnət etdi - Ağababyan

15:20 - 16 Avqust 2022

Ermənilər 26 il Qarabağı dağıtdı, amma Bakı 20 ay içində bu dağıntılar üzərində şəhərlər, kommunikasiya, yüksək səviyyəli yollar, körpülər tikə bildi.

 

Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan deyib.

Ağababyan erməni xalqını Qarabağı sevməməkdə ittiham edib:

“Bilirsiz niyə belə oldu? Çünki biz bu torpaqları sevmirik, azərbaycanlılar isə sevir və bunu sübut edir. Şuşada möhtəşəm körpü inşa olunub, ikincisi isə yaxın vaxtlarda tikiləcək. Şuşaya gedən yolda isə elə bağ salınır ki, onu hətta kosmosdan da görmək mümkün olacaq. Bütün bunlar 20-21 aya olunub. Biz isə 26 il ərzində Qarabağda yaşayan erməni əhalisi üçün strateji və həyati əhəmiyyətli 80 kilometrlik yolu inşa edə bilməmişik”.


Xəbər xətti

5 Oktyabr 2022